Modern.az

Saakaşvilini xilas etməyə hazıram - Gürcü siyasətçi

Saakaşvilini xilas etməyə hazıram - Gürcü siyasətçi

25 Yanvar 2023, 10:25

Gürcüstanda sabiq prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının sədrliyinə namizəd Levan Xabeişvili keçmiş dövlət başçısını xilas etməyə hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, o, "Pireli TV"yə müsahibəsində bu mövzuya toxunub.

 

Siyasətçinin sözlərinə görə, qanunlar olmadığı üçün Saakaşvilinin fiziki cəhətdən xilas edilməsi də legitimdir.

 

"Hakimiyyət qanunsuz olanda bütün hərəkətlərimiz legitimləşir. Düşünməyin ki, biz bununla razılaşmayacağıq. Çünki söhbət Saakaşvilinin taleyindən və ölkəmizin gələcəyindən gedir. Ölkənin sürətli və inqilabi yolla müsbət dəyişikliklərə ehtiyacı var. Gürcüstanda reallığı dəyişmək üçün inqilabi dəyişikliklərə ehtiyac var", - Xabeişvili söyləyib.

 

Qeyd edək ki, M.Saakaşvili 2021-ci ilin oktyabrından həbdsdədir və dəfələrlə aclıq aksiyası edib. O, səhhətində ciddi problemlər olduğu üçün müalicə müəssisəsinə köçürülüb, hazırda məhkəmə prosesi davam edir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?