Modern.az

Bakıda Dəmiryol Vağzalı yanıb

Bakıda Dəmiryol Vağzalı yanıb

Təhsil

22 May 2013, 17:13

Bakıda Nəsimi rayonunda yerləşən Dəmiryol Vağzalında yanğın baş verib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, yanğın vağzalın zirzəmisində baş verib. İlkin ehtimala görə, yanğına elektrik xətlərində baş verən qısa qapanma səbəb olub.

Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğının qarşısı alınıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama