Ermənistanda vergi orqanlarında çalışan 12 məmur həbs edilib.
Modern.az "Sputnik Armenia"ya istindən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, onlar rüşvət aldıqları üçün həbs olunublar.
Məlumata görə, 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarınadək rüşvət müqabilində müxtəlif malların ölkəyə idxalı ilə məşğul olan iş adamları vergi orqanlarının əməkdaşları tərəfindən "qorunub".
Qeyd olunub ki, hazırda hüquqi prosedurlar davam etdirilir.