Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, prezident Volodimir Zelenskini doğum günü münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, o, bununla bağlı "Instagram" səhifəsində paylaşım edib.
"İnsanlar məndən tez-tez soruşurlar ki, bu illər ərzində necə dəyişmisən. Mən isə həmişə cavab verirəm ki, dəyişməmişəm. O da eynidir. 17 yaşımız olanda tanış olduğum oğlan kimi. Ancaq əslində bir şey dəyişdi: daha az gülümsəyir. Mən sənə gülümsəmək üçün daha çox səbəb arzulayıram. Və bunun eçen nə lazım olduğunu bilirsən. Hamımız bilirik. Önəmli olan sağlamlığının yerində olmasıdır. Can sağlığı arzulayıram. Səninlə sonsuza qədər gülümsəmək istəyirəm. Mənə fürsət ver!", - Zelenskaya yazıb.
Qeyd edək ki, bu gün Ukrayna prezidentinin 45 yaşı tamam olur.