Modern.az

ABŞ-dan Ukraynadakı korrupsiya qalmaqalına REAKSİYA

ABŞ-dan Ukraynadakı korrupsiya qalmaqalına REAKSİYA

25 Yanvar 2023, 11:52

"Ukraynadakı korrupsiya qalmaqalının ABŞ-dan gələn çoxmilyardlıq hərbi və humanitar yardıma dəxli yoxdur".

 

Modern.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Ned Prays brifinq zamanı deyib:

 

"Ukraynaya göstərdiyimiz ABŞ yardımının bütün formalarına lazımi nəzarəti təmin etmək üçün öz məsuliyyətimizi son dərəcə ciddi şəkildə dərk edirik. Bayden administrasiyası tərəfindən ABŞ yardımından hər hansı sui-istifadə barədə məlumat qeydə alınmayıb".

 

ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton Zelenskinin korrupsiya ilə mübarizə və məmurları məsuliyyətə cəlb etmək məqsədilə atdığı cəld və qəti addımları alqışlayır.

 

Qeyd edək ki, Ukaryna Müdafiə Nazirliyinin hərbçilər üçün ərzaq alınmasını bazardakı qiymətlərdən daha baha qiymətə rəsmiləşdirdiyi üzə çıxıb və bundan sonra kütləvi istefalar dalğası başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər