Modern.az

Zelenski Putinə yaxın din xadiminə sanksiya qoydu

Zelenski Putinə yaxın din xadiminə sanksiya qoydu

25 Yanvar 2023, 12:36

Ukrayna prezidenti Volodimir Zelenski bir sıra şəxslərə qarşı yeni sanksiyaların tətbiqi haqqında qərar imzalayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Kiyev-Peçersk kilsəsinin metropoliti Pavelə qarşı sanskiya tətbiq edilib.

 

O, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən din xadimlərindəndir.

 

Həmçinin Rusiyayönümlü xətti ilə seçilən xeyli digər ruhani şəxslər də sanksiya siyahısında yer alıb. Siyahıda eləcə də keçmiş xalq deputatı Vadim Novinskinin də adı var.

 

Qeyd edək ki, Zelenski bir müddət əvvəl də oxşar qərar imzalamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi