Modern.az

Kiyev heç nədən çəkinmir - Peskovdan terror ittihamı

Kiyev heç nədən çəkinmir - Peskovdan terror ittihamı

Dünya

25 Yanvar 2023, 13:30

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanı terror aktları təşkil etməkdə ittiham edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, Ukrayna ilə diplomatik nizamlanma yolunun perspektivi olmadığını bəyan edib.

 

"Kiyev rejimi (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) terror aktlarının təşkilində iştirak edir və heç nədən çəkinmir. Bu, Rusiya Federasiyasının özünü qorumaq üçün seçdiyi yolun düzgün olduğunu təsdiq edir. Ukraynaya "ABRAMS" tanklarının tədarükü planı texnoloji aspektlər baxımından kifayət qədər uğursuzdur", - deyə Rusiya rəsmisi bildirib.

 

Peskovun sözlərinə görə, Almaniyanın Ukraynaya mümkün tank tədarükü fonunda Moskva Berlinlə danışıqlar aparmır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi