Əfqanıstanda soyuq hava şəraiti nəticəsində ən azı 157 nəfər donaraq ölüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatı məlumat yayıb.
Bildirilib ki, temperaturun aşağı düşməsi nəticəsində ölənlərin sayı bir həftə ərzində iki dəfə artıb.
Bundan əvvəl BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi Əfqanıstanda 565 min insana yardım paylamağa başladığını bildirmişdi.