Modern.az

Milli Məclis itkin soydaşlarımızla bağlı hərəkətə keçir

Milli Məclis itkin soydaşlarımızla bağlı hərəkətə keçir

Qarabağ

25 Yanvar 2023, 14:08

Milli Məclis Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insanla bağlı məsələnin insan hüquqları aspektində geniş yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət həyata keçirəcək.

 

Modern.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

 

Məlumata görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min insan haqqında, o cümlədən Vətən Müharibəsi dövründə həyata keçirilən müharibə cinayətlərinin insan hüquqları aspektində geniş yerli və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi