Ukrayna prezidenti Volodimir Zelenski müharibədə nələri müdafiə etdiklərini açıqlayıb.
Modern.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
"Biz Ukraynada təkcə müstəqilliyi və dünya düzənini qorumuruq. Biz azadlığı, hər kəsin arzulamaq hüququnu, bütün ailələrin cəmiyyətin bir parçası kimi təhlükəsizlik və xoşbəxtliyə çatmaq hüququnu qoruyuruq. Bütün bunlar hədiyyə kimi verilə bilməz. Bunları yalnız qazanmaq olar", - deyə prezident vurğulayıb.
Qeyd edək ki, bu gün Ukrayna prezidentinin 45 yaşı tamam olur.