Modern.az

Sülhməramlıların 61 maşını aksiya ərazisindən keçib

Sülhməramlıların 61 maşını aksiya ərazisindən keçib

Aktual

25 Yanvar 2023, 21:53

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

 

Modern.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl sülhməramlılara məxsus 5 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.

 

Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 61 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi