Modern.az

Leyla Yunusa Fransanın Şərəf Legionu Ordeni verilib

Leyla Yunusa Fransanın Şərəf Legionu Ordeni verilib

Qarabağ

23 May 2013, 10:09
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə mükafatlandırılıb.
 
Təqdimat Fransanın Azərbaycandakı səfirliyində keçirilib. Mükafatı İnsan hüquqları və Xolokost xatirəsinə ehtiram borcu üzrə məsul Səfir François Zimeray təqdim edib.
 
Leyla Yunus "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, bu mükafata insan hüquqlarının mübarizəsi işində xidmətlərinə görə layiq görülüb: “Fransızlar azad ölkəni artıq qurublar. Oranın azad insanları demokratik ölkədə yaşayırlar. O insanlar öz ölkələrinə hörmət naminə Azərbaycan cəmiyyətinin insan hüquqları müdafiəçilərinə, onların müqavimətinə, insan haqları üzrə mübarizəsinə dəstək verirlər. Bu fransa hökümətinin qərarıdır”.
 
İndiyədək bu mükafat Azərbaycandan II dünya Müharibəsi iştirakçısı Əhmədiyyə Cəbrayılova, prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya verilib.

Fransanın Fəxri Legion ordeni Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatıdır.

Mükafat 1802-ci ildə Napaleon Bonopart tərəfəindən təsis edilib.
Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu