Modern.az

Sənədsiz evlərlə bağlı vəziyyət acınacaqlıdır - Nazirlik rəsmisi

Sənədsiz evlərlə bağlı vəziyyət acınacaqlıdır - Nazirlik rəsmisi

26 Yanvar 2023, 12:36

Abşeronda sənədsiz evlərlə bağlı vəziyyət acınacaqlı olaraq qalır. 17 min hektar kənd təsərrüfatına aid olan torpaqlarda fərdi evlər tikilib. Bu rəqəm ildən-ilə artır.

 

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

 

“Hökumət bizdən məhsuldarlıq gözləyir. Amma həmin torpaqlarda fərdi evlər tikildiyindən mümkün deyil. Problemlə bağlı hökumətə müraciət etmişik. Bunun kökü icra hakimiyyəti, bələdiyyələrə dayanır. Bu torpaqlar əvvəllər bələdiyyələrin, daha sonra icra hakimiyyətinin səlahiyyətinə verilib. Onlar bu məsələdə məsuliyyət daşıyır. Bununla bağlı bir neçə dəfə müraciət etmişik, amma hələ nəticə yoxdur”, - deyə nazirlik rəsmisi vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi