Modern.az

Deputatdan Rüstəm İbrahimbəyova MESAJ : “Milli Şuranı parlamentdə təmsil edə bilərik”

Deputatdan Rüstəm İbrahimbəyova  MESAJ : “Milli Şuranı parlamentdə təmsil edə bilərik”

Ölkə

23 May 2013, 11:48

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı nəhayət ki, ideya müəllifi kinodramaturq Rüstəm İbrahimbəyov olan Milli Şura ilə fikirlərini açıqlayıb. Deputat Modern.az-a açıqlamasında Milli Şuraya qoşulmaq üçün ona qarşı tərəfdən hər hansı təklifin daxil olmadığını deyib.

S.Rüstəmxanlı həmçinin Milli Şuranın yaradılması ilə bağlı öz təkliflərini irəli sürüb:

“Milli Şuraya qoşulmaq üçün mənə təklif olunmayıb. Sadəcə olaraq yəqin hesab edirlər ki, mənim adımın siyahıda olması Milli Şuranın güclənməsi baxımından işin xeyrinə olar. Amma mən hələ də Milli Şuranın hansı prinsiplərlə yaradıldığını, məqsəd və məramını bilmirəm. Mənə təklif də olmayıb. Ona görə də bu barədə heç nə düşünməmişəm. Hesab edirəm ki, Milli Şura yaradılırdısa İctimai Palata ilə birgə yaradılmalıdır. Bu kifayət qədər təcrübə toplamış qurumdur.

Bir qurumu yarımçıq saxlayıb, başqa bir qurum yaratmaq, oradakı müəyyən gücləri başqa bir yerə aparanda narazılıq yaranıb. Ona görə ciddi olaraq Milli Şura yaratmaq istəyirlərsə onda əhalinin daha geniş təbəqəsini buna cəlb olunmalıdır”-deyə millət vəkili bildirib.

S.Rüstəmxalı Milli Şuranın ciddi iş görəcəyi təqdirdə onu Milli Məclisdə təmsil edə biləcəyini vurğulayıb:

“Mən də hazırdaMilli Məclisdəyəm. Milli Şurada Milli Məclisə bənzər, alternativ qurumdur. Lazım olarsa, Milli Şura doğurdan da ciddi iş görərsə biz onu Milli Məclisdə təmsil edərik”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!