Modern.az

Serbiya Rusiyaya qarşı sanksiyalara qoşula bilər

Serbiya Rusiyaya qarşı sanksiyalara qoşula bilər

Dünya

26 Yanvar 2023, 15:10

Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulması mümkündür.

 

Modern.az "NEXTA"ya istinadən xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bildirib.

 

Onun sözlərinə görə, rəsmi Belqrad sanksiyalara qoşula bilər.

 

"Əgər bizim maraqlarımıza uyğun hesab etsək, təbii ki, Rusiyaya qarşı sanksiyalara qoşulmağımız mümkündür", - deyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Serbiya Rusiyanın ənənəvi tarixi-siyasi müttəfiqlərindən biri kimi tanınsa da, son vaxtlar Moskvanın Ukraynadakı müharibədə düçar olduğu uğursuzluqlar Belqradı siyasi kursunu korrektə etməyə vadar edib. Bir müddət əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç də Krımı və Donbası Ukrayna ərazisi kimi tanıdıqlarını və bu ölkənin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi