Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənillir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Modern.az