Modern.az

Müxalifət liderləri ABŞ səfiri ilə görüşəcək

Müxalifət liderləri ABŞ səfiri ilə görüşəcək

Təhsil

23 May 2013, 13:17

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar yenidən siyasi partiya liderləri ilə görüş keçirəcək. Bu barədə Modern.az-a Ümid partiyasının sədri, deputat İqbal Ağazadə məlumat verib. 

Millət vəkilinin sözlərinə görə, səfirlə görüş bu gün keçirilcəcək.

“Bu gün ABŞ səfiri ilə görüş keçiriləcək. Görüşə məni də dəvət ediblər. İştirak edəcəm”.

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu ilə səfirlə görüşə dəvət olunmadığını deyib.

Qeyd edək ki, görüşdə ölkənin aparıcı müxalifət partiyalarının liderləri iştirak edəcəklər. Müsavat başqanı İsa Qəmbər xaricdə olduğunundan onu partiyanın digər funksionləri əvəz edəcək.

Anar RÜSTƏMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama