Bu il 105 özəl tibb müəssisəsinin lisenziyası bitir

Səhiyyə Nazirliyindən
Modern.az-a verilən məlumata görə, artıq 30 özəl tibb müəssisəsinin lisenziyası bitib. Lisenziya vaxtı başa çatan tibb müəssisələri arasında stamotoloji, dermotoloji, diaqnostik klinikalar var. Nazirlikdən onu da bildiriblər ki, may ayında 11, iyun ayında 15, iyul ayında isə 18 özəl səhiyyə müəssisəsinin lisenziya müddəti bitir.
Bu ilin iyul ayında lisenziyasının vaxtı bitən tibb müəssisələri arasında İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi də var. Nazirlikdən onu da qeyd ediblər ki, lisenziyasız fəaliyyət göstər tibb müəssisələri lisenziyalarının vaxtının uzadılması üçün Səhiyyə Nazirliyinə müraciət etməyəcəkləri təqdirdə onların fəaliyyəti dayandırılacaq.
Qeyd edək ki, tibb müəssisələrinin lisenziyasız fəaliyyət göstərməsinə Səhiyyə Nazirliyi ilə yanaşı, vergi orqanları da nəzarət edir.
Özəl tibb müəssisələrinə cərimə sanksiyaları isə Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilir. Xatırladaq ki, ümumən bu il 105 özəl tibb müəssisəsinin lisenziyası bitir.
Gültəkin ƏLƏSGƏR