Modern.az

AŞPA Ukrayna üzrə beynəlxalq tribunalın yaradılmasına çağırıb

AŞPA Ukrayna üzrə beynəlxalq tribunalın yaradılmasına çağırıb

Dünya

27 Yanvar 2023, 00:00

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Qətnamədə deyilir ki, Moskvanın hərəkətləri beynəlxalq hüququn prinsiplərini açıq-aşkar pozur. AŞPA hesab edir ki, Rusiya qoşunları Ukrayna ərazisindən onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində çıxarılana qədər təcavüz davam edəcək.

 

Həmçinin qeyd edilib ki, Belarus Rusiyanın hücumunda iştirak edir, xüsusən də öz ərazisini Rusiya ordusu üçün tramplin kimi təmin edir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?