Modern.az

Tovuzda ailə faciəsi - Ərlə arvad dəm qazından öldü

Tovuzda ailə faciəsi - Ərlə arvad dəm qazından öldü

Hadisə

27 Yanvar 2023, 09:24

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

 

Belə ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama