Modern.az

Türkiyədə FETÖ əməliyyatı - Saxlanılanlar var

Türkiyədə FETÖ əməliyyatı - Saxlanılanlar var

Dünya

27 Yanvar 2023, 10:10

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ankara prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat paytaxt Ankara başda olmaqla, ölkənin 5 vilayətində gerçəkləşdirilib. Nəticədə 12 şübhəli şəxs saxlanılıb.

 

Məlumata görə, şübhəlilərdən 4-ü dövlət orqanlarında çalışır, 6-sı əvvəllər vəzifəsindən uzaqlaşdırılıb, 2-si isə istefa verib.

 

Hazırda araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi