Modern.az

“Dövlətqaçqınkom”: “Şəxsi mənzilləri zəbt etmiş köçkünlər hələlik çıxarılmayacaq”

“Dövlətqaçqınkom”: “Şəxsi mənzilləri zəbt etmiş köçkünlər hələlik çıxarılmayacaq”

Təhsil

23 May 2013, 15:07


“Şəxsi mənzillərdə məskunlaşan qaçqın və məcburi köçkünlərin bu il və ya gələn il köçürülməsi nəzərdə tutulmayıb”. Bu sözəri Modern.az-a açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov bildirib. O, deyib ki, hazırda həmin ailələrin başqa yerlərə köçürülməsi həyata keçirilmir.

“Bu gün Bakıda Müşfiqabad qəsəbəsində salınan şəhərciyə Bakı Dövlət Universitetinin yataxanasında və Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasında məskunlaşan ailələr, Masazırdakı şəhərciyə isə Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan ailələr köçürülür. Bakı Dövlət Universitetinin yataqxanalarındakı məcburi köçkünlərin köçürülməsi artıq bitmək üzrədir, orada az ailə qalıb”.

S.Hüseynovun sözlərinə görə hazırda Mingəçevirdə tikilən 502 ailəlik qəsəbəyə məcburi köçkünlərin yerləşdirilməsi prosesinə başlanılıb.
“Bu proses bitdikdən sonra Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan ailələr  Masazırda tikilən şəhərciyə köçürüləcək. Amma hələlik şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin çıxarılıb başqa yerdə yerləşdirilməsi nəzərdə tutulmayıb. Bununla bağlı sərəncam var, gələcəkdə nəzərə alınacaq”.

Qeyd edək ki, bu gün mediada şəxsi mənzillərdə müvəqqəti məskunlaşana qaçqın-köçkünlərin tezliklə  çıxarılacağı barədə xəbər yayılıb.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama