
Respublika Uşaq Təşkilatı artıq uzun müddətdir ki, fəaliyyətsizidir. Modern.az xəbər verir ki, təşkilat sabiq millət vəkili Gülər Əhmədovanın həbsindən sonra bağlanıb. Belə ki, artıq 6 aydan çoxdur ki, quruma heç kim rəhbərlik etmir. Sözügedən QHT-nin yerləşdiyi Hökumət Evindəki ofisinin qapılarına qıfıl vurulub. Respublika Uşaq Təşkilatının işçisi olanlar şəxslərdən heç kim işə də gəlmir. Bütün bunlara baxmayaraq, təşkilat rəsmi olaraq hələ ki, ləğv olunmayıb.
Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın rəhbərlik etdiyi Respublika Uşaq Təşkilatının rəsmi internet səhifəsi isə olduğu kimi dəyişməz qalır (
//arut.info/). Orada Gülər Əhmədovanın köhnə görüşləri, gördüyü işlər, qatıldığı tədbirlərdə çıxış etdiyi nitqlər və fotoları yer alıb.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videomateriallar əsasında sabiq millət vəkili Gülər Əhmədova həbs edilib.
Gültəkin ƏLƏSGƏR