Modern.az

Rəisi səfirliyə hücumun araşdırılmasını tapşırdı

Rəisi səfirliyə hücumun araşdırılmasını tapşırdı

Ölkə

27 Yanvar 2023, 17:58

İran prezident İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Modern.az xəbər verir ki, məlumatı İranın siyasi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəmşidi özünün tvitter hesabında paylaşıb.


Onun bildirdiyinə görə, İbrahim Rəisi məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.

“Qardaş və qonşu Azərbaycanın səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləmək istərdim”, – Məhəmməd Cəmşidi qeyd edib.
 

"Bu kədərli xəbəri eşidəndən dərhal sonra Ayətullah Rəisi bu barədə hərtərəfli təhqiqat aparılmasını əmr etdi və hökumətə, Azərbaycan xalqına və mərhum diplomatın ailəsinə başsağlığı və rəğbətini bildirdi, yaralananların tezliklə sağalmasını arzuladı", - Cəmşidi əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...