Modern.az

İrandakı xain hücuma daha bir etiraz - Bu dəfə ABŞ-dan

İrandakı xain hücuma daha bir etiraz - Bu dəfə ABŞ-dan

28 Yanvar 2023, 15:00

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı səfirliyinə edilən xain terror hücumunu qətiyyətlə pisləyib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

 

Qeyd olunub ki, Azərbaycan icması adından beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda 27 yanvar 2023-cü il tarixində törədilən, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin təhülkəsizlik xidməti rəisinin qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı, İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

 

Azərbaycan əsilli amerikalılar İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəminə diqqəti cəlb ediblər.

 

İran İslam Respublikasının Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini pisləyən soydaşlarımız ABŞ və beynəlxalq ictimaiyyəti regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə ədalətli mövqe tutmağa çağırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir