Modern.az

Qubada dəhşətli yol qəzası – 3 ölü

Qubada dəhşətli yol qəzası – 3 ölü

Təhsil

23 May 2013, 22:14
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata  görə, Bakı-Quba yolunun 34-cü kilometrliyində “VAZ” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü 1956-cı il təvəllüdlü Məmmədov Sahib Əli oğlu, sərnişinlər, 1941-ci il təvəllüdlü Cəbiyev Xanbulu İbiş oğlu və 1968-ci il təvəllüdlü Allahaverdiyev Səməd Əli oğlu həlak olublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:40-da başa çatıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama