Modern.az

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

Təhsil

24 May 2013, 09:44



Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Bəyannaməni, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun tərkib hissəsi hesab edilən Protokolu, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında” Sazişi təsdiq ediləcəyi gözlənilir.

Bundan başqa, “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında” Zaqreb Bəyannaməsi və “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” Müqavilə də müzakirə mövzusu olacaq.
İclasda, həmçinin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Əmək pensiyaları haqqında” qanunlara əlavələr və dəyişikliklər olunacaq, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsinə ikinci oxunuşda münasibət bildiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama