Modern.az

Dövlət Xidməti: “Bakıda çimərlik mövsümünün açılışı üçün mərasim keçiriləcək”

Dövlət Xidməti: “Bakıda çimərlik mövsümünün açılışı üçün mərasim keçiriləcək”

24 May 2013, 10:18

Azərbaycanda çimərlik mövsümü iyunun 1-dən açılır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən Modern.az-a məlumat verilib. 
Qeyd edilib ki, çimərlik mövsümünün açılışı ilə bağlı Buzovna çimərliyində təntənəli mərasim keçiriləcək.

“Dövlət Sularda Xilasetmə Xidmətinin bütün şəxsi heyəti, o cümlədən xilasedicilər orada şərti əməliyyat məşqləri keçirəcəklər. Heyətimiz tam şəkildə çimərlik mövsümünə hazırdır. Eyni zamanda bizim ilboyu orta məktəblərdə maarifləndirmə işlərimiz də davam edir.
Ümumiyyətlə, mövsümün açılışı ilə bağlı Nazirlik tərəfindən ictimaiyyət və media nümayəndələri məlumatlandırılacaq”, – deyə nazirlikdən bildirilib.

  Aytən Əliyeva  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!