Modern.az

İtkin düşən şəxs psixiatrik xəstəxanada tapıldı

İtkin düşən şəxs psixiatrik xəstəxanada tapıldı

Hadisə

29 Yanvar 2023, 12:56

Bakıda itkin düşən şəxs psixiatrik xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, yanvarın 26-da paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi ev 21 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Z.Hüseynov yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

 

Faktla bağlı Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı müəyyən edilib ki, Z.Hüseynov 1 saylı psixiatrik xəstəxanaya yerləşdirilib və hazırda orada müalicə alır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama