Modern.az

Sabah sonuncu sınaq imtahanı keçiriləcək

Sabah sonuncu sınaq imtahanı keçiriləcək

Təhsil

24 May 2013, 10:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 26-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 27 şəhərində  sınaq imtahanları keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib.

İmtahan Respublika üzrə 56 imtahan mərkəzində keçiriləcə. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllm ayrılıb.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!

Qeyd edək ki, cari ildə indiyədək 6 sınaq imtahanı keçirilibə respublikanın bütün rayonlarını əhatə edib. Bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.

TQDK tərəfindən keçirilən sınaq imtahanlarının üstün cəhətlərindən biri bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama