Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistanla da münasibətləri ən yaxşı şəkildə qoruyub saxlayır, əlaqələri gələcəkdə də davam etdirəcək.
Ərdoğan bildirib ki, Ankaranın türkdilli dövlətlərlə əlaqələri gündən-günə artır. Bu, mümkün olan ən yaxşı yoldur.
“Başda Azərbaycan olmaqla heç bir ölkəni heç vaxt tək qoymamışıq, tək qoymayacağıq”, - Türkiyə lideri deyib. O, həmçinin qeyd edib ki, Ankara təkcə türkdilli ölkələr deyil, cənubdakı Liviya ilə əlaqələrdə də dinclik üçün əlindən gələni edir.