Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb. O hadisə vaxtı sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.