Modern.az

Seysmoloji Xidmətdən AÇIQLAMA: “Bakıda bu gün zəlzələ qeydə alınmayıb”

Seysmoloji Xidmətdən AÇIQLAMA: “Bakıda bu gün zəlzələ qeydə alınmayıb”

Təhsil

24 May 2013, 11:51

“Bu gün Bakıda heç bir yeraltı təkan qeydə alınmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinddən bildirblər. Qeyd edək ki, sosial şəbəkələrdə, bir sıra xəbər portallarında bu gün Bakıda və ətraf  ərazilərdə zəlzələnin baş verməsi xəbəri yayılıb. Mərkəzdən verilən rəsmi məlumatda xəbər təsdiq olunmayıb.

"Bu gün səhər saat 10:50 radələrində Bakıda zəlzələ olmasına dair bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq, bəyan edirik ki, ölkə ərazisində baş verən zəlzələlərə dair məlumatlar ilk olaraq AMEA RSXM-in rəsmi internet saytında www.seismology.az –da operativ olaraq yerləşdirilir və hər birinizdən zəlzələ ilə bağlı məlumatlar yayarkən saytımıza istinad etməyi xahiş edirik.
Bildiyiniz kimi, zəlzələ əhali tərəfindən hər zaman həyacanla qarşılanan təbii fəlakət olduğundan, heç bir əsası olmayan məlumatların yayılması insanların yersiz narahatçılığına səbəb olur. Odur ki, mətbuat nümayəndələrindən peşə borclarını yerinə yetirərkən rəsmi və dəqiq məlumatlara istinad etməsi zəruridir. Qeyri -dəqiq informasiya yayan KİV-lər əhalidə narahatçlılıq yaratmaqla yanaşı, həm də öz imiclərinə ziyan gətirmiş olurlar" - deyə mərkəzdən bildirilib.

Namidə Bingöl  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama