Modern.az

Daha bir körpənin meyiti küçədə tapıldı

Daha bir körpənin meyiti küçədə tapıldı

Hadisə

30 Yanvar 2023, 10:52

Yanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.

 

Modern.az "Qafqazinfo"ya istinadən bildirir ki, meyit saat 16 radələrində Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında tapılıb.

 

Qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb. Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi hələ ki məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, yanvarın 18-də Abşeron rayonu Masazır qəsəbəsində də küçədə yenidoğulmuş körpənin meyiti tapılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir