Modern.az

Türkiyədə doktorantura təhsili almaq istəyənlərə xəbər var

Türkiyədə doktorantura təhsili almaq istəyənlərə xəbər var

Təhsil

30 Yanvar 2023, 12:16

Türkiyənin ali təhsil müəssisələrində 2023-2024-cü tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb. 

 
Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2023-cü ildir. 
 

Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2023-cü il təyin edilib. 
 

Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir