Modern.az

İsrailin Bakıdakı səfirliyindən jurnalistin döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İsrailin Bakıdakı səfirliyindən jurnalistin döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil

24 May 2013, 12:04


İsrailin Azərbaycandakı səfirliyi hazırda həbsdə olan jurnalist, “Azadxeber.orq” saytının baş redaktoru Nicat Əliyevin səfirlikdə döyülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Modern.az saytı səfirliyin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa cəhd edib.

Səfirliyin mətbuat xidmətinin rəhbəri Nigar Məmmədova Modern.az-a açıqlamasında mətbuatda yayılan informasiyaların doğru olmadığını deyib:

"Bu tamamilə yalnış məlumatdır. Bunun İsrail səfirliyinə heç bir aidiyyatı yoxdur".-deyə səfirlikdən rəsmi açıqlama verilib.

Qeyd edək ki, mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadxeber.orq” saytının baş redaktoru Nicat Əliyevin işi üzrə proses olub. Vəkil Anar Qasımlı bildirib ki, hüquqlarını müdafiə etdiyi Nicat Əliyev Yasamal Rayon Polis İdarəsində və rayonun 27-ci polis bölməsində vəhşicəsinə döyülüb, işgəncəyə məruz qalıb. “Hətta onu İsrail səfirliyinə aparıblar. Səfirliyin bir nümayəndəsi “Bin Laden budurmu?” deyə rişxənd edib, onu döyməyə başlayıb”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama