Milli Məclisin plenar iclası öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Musa Quliyev sosial əhəmiyyətli məsələ ilə bağlı təklif irəli sürüb. O bildirib ki, Milli Qəhrəmanların statusu ilə bağlı məsələ müzakirəyə çıxarılmalıdır.
Deputat bildirib ki, Azərbaycanda 211 Milli Qəhrəman varsa, onlardan yalnız 17-i sağdır.
“Milli Qəhrəmanlar vəfat edəndə şəhidlik statusu ilə dəfn edilirlər. Sonradan bu məsələ boş qalır. Bu yaxınlarda Milli Qəhrəman Eldar Ağayev rəhmətə getdi. Bu baxımdan Milli Qəhrəmanlar haqqında qanun layihəsi hazırlanmalıdır. Bu məsələyə ciddi yanaşmaq lazımdır”- deyə M.Quliyev bildirib.
Qeyd edək ki, Milli Qəhrəmanların statusu ilə bağlı Modern.az bir müddət əvvəl təklif irəli sürmüşdü.
Modern.az