Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib. Modern.az xəbər verir ki, Qüdrət Həsənquliyev bu bayramın qeyd olunmasında səbəbkar olan istiqlalçı deputatların pensiya məsələsinin hələ də həll olunmamasına diqqət çəkib. O bildirib ki, bu məsələ öz həllini tapmalıdır.
“Milli Məclis sabiq millət vəkillərinin pensiya məsələsinə mütləq baxmalıdır”.