Milli Məclisin bugünü iclasında deputat Eldar İbrahimov çıxış edərək İran səfərindən danışıb. E.İbrahimov səfərin əhəmiyyətini müsbət qiymətləndirərək İran rəsmi dairiləri tərəfindən yaxşı qarşılandıqlarını deyib. Deputat bildirib ki, hər iki tərəfdə münasibətləri pozmaq istəyən casuslar var.
Millət vəkilinin sözlərinə görə, bundan sonra da İranla əlaqələri genişləndirmək lazımdır.
Deputat İran səfəri zamanı spiker Əli Laricani ilə görüşdüyü xatırladaraq İran parlament sədrinin Oqtay Əsədovu İrana dəvət etdiyini bildirib.
E.İbrahimov daha sonra deputat həmkarlarına müraciət edib. Onları qonşu dövlətlərlə bağlı danışarkən ehtiyyatlı olmağa çağırıb.
“Biz İran və Rusiya münasibətlərimizi düzəltməliyik”.
Modern.az