Modern.az

Diaspor fəalları Haaqa Ədalət Sarayının qarşısında toplaşdı

Diaspor fəalları Haaqa Ədalət Sarayının qarşısında toplaşdı

30 Yanvar 2023, 17:06

Azərbaycanın diaspor fəalları Haaqa Ədalət Sarayının qarşısında toplaşıblar.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Belə ki, Azərbaycanın Ermənistana qarşı hüquqi təqib təşəbbüsləri üzrə ictimai dinləmələr keçirəcək. Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr edilib.

 

İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya ilə bağlı (Azərbaycan Ermənistana qarşı) ictimai dinləmələr Haaqadakı Sülh Sarayında Coan Donoqyunun (Joan E. Donoghue) hakimliyi ilə baş tutacaq.

 

Azərbaycanın Niderland Krallığındakı fəal diaspor təşkilatlarının - Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benilüks Azərbaycanlıları Konqresi, Niderland – “Azərbaycan Evi” təşkilatı, Beynəlxalq Xanımlar Klubu, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçiləri ölkəmizin haqlı mövqeyini beynəlxalq müstəvidə dəstəkləmək üçün bu gündən etibarən Haaqa Ədalət Sarayının qarşısında toplaşıblar. Diaspor fəalları əllərində erməni təcavüzünü pisləyən plakatlar tutaraq hakimlərin diqqətini çəkməyə çalışır, onları ədalətli olmağa səsləyirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir