Modern.az

Futbolçumuz Polşa klubundan ayrıldı

Futbolçumuz Polşa klubundan ayrıldı

31 Yanvar 2023, 00:27

Azərbaycan futbolçusu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.

 

Modern.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

 

Polşanın IV liqasında çıxış edən klub təcrübəli vingerin çıxışından razı olsa da, maliyyə problemlərinə görə bu addımı atıb.

 

Ötən mövsümün əvvəlindən "Limanoviya"da çıxış edən E.Nəbiyev “Zirə”, “Səbail” və “Sabah” klublarının da şərəfini qoruyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək