Modern.az-ın məlumatına görə, parlamentin bugünkü iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev keçmiş prezident,Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsini, adının əbədiləşdirilməsi məsələsini qaldırdı. Və eyni zamanda Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin müraciət göndərilməsinin vacib məsələ olduğunu bidirdi.
Millət vəkili deyib ki, bu müraciət Azərbaycan milli azadlıq və dövlətçilik tarixində yer tutmuş Əbülfəz Elçibəyin adının əbədiləşdirliməsi və həmin dövr dövlətçilik tariximizə verilən əhəmiyyət baxımdan dəyərlidir.
Fərəc Quliyev sabiq prezident, şərqşünas-alim Əbülfəz Elçibəyin dövlət səviyyəsində adının əbədiləşdirilməsi ilə bağlı aşağıdakı təkliflər irəli sürüb:
1- Kitabxanın yaradılması;
2- Ev muzeyinin yaradılması;
3- Küçələrdən birinə adının verilməsi;
4- Bibloqrafiyasının hazırlanması;
5- Əsərlərinin çapı;
6- Kitabxanalarda kataloqunun yaradılması;
7- Sənədli film çəkilməsi;
8- Fondun yaradılması;
9- Heykəlinin qoyulması; (yaxşı olardı ki, anadan olduğu yerdə və Bakıdaheykəli ucaldılsın)
10- Parklardan birinə adının verilməsi;
11- Prezident olduğu dövrün tarixinin dəqiq və qərərsiz işıqlandırılması və öyrənilməsi;
12- Hər il doğum və ölüm tarixinin yad edilməsi;
13- Elmi, siyasi, həyatı və hərəkat fəaliyyəti ilə bağlı dəyirmi masa və
elmi-praktik konfransların keçirilməsi
Modern.az