Modern.az

Bir şəklin tarixçəsi: Astroloqun nişan verdiyi 5 məşhur tələbə

Bir şəklin tarixçəsi: Astroloqun nişan verdiyi 5 məşhur tələbə

24 May 2013, 14:34

İstedad üçün adətən deyirlər: “O, özünə yol tapacaq, istedadsıza kömək elə...”. Bəlkə də bu fikir çox subyektivdir. Ola bilər. Amma istedadlı adam üçün uğur hekayəti həmişə yazılır. Yetər ki, bu istedadını  göstərə biləsən.

90-cı illər Azərbaycan incəsənəti üçün çox təzadlı və ağır günlərlə yadda qaldı. Yaradıcı böhran, sosial problemlər girdabında batan aktyorlar... Tanınmışların bəziləri xarici ölkərələ üz tutdu, bir qismi sənətini atdı... Amma ümidlə yaşayanlar da oldu. Gənclik maksimalist olur həmişə...  

Modern.az
saytının Bir şəklin tarixçəsi” rubrikasında paylaşdığı bu fotoşəkli tanınmış astroloq Səbuhi Rəhimli təqdim edib. Uzaq 1990-cı il. Mədəniyyət və İncəsənət İnstitunun birinci kurs tələbələri. Onları indi hamı tanıyır. TV-lərsiz onların bir günü yoxdur. Amma həmən 90-cı ildə kürəklərini auditoriyanın soyuq divarına söykəmiş bu uşaqlardan kimin uğur qazanacağı böyük sual altında idi: Alverə qurşanmış sovet cəmiyyətinin, çörək hayında bütün günü çalışan vətəndaşın tərli və kədərli üzü bu tələbələrə heç bir uğur vəd etmirdi... Amma onlar tanındılar. İstedadları sayəsində...  
Üst sırada: Coşğun və Rafael, aşağı sırada soldan meyxanaçı Vüqar, Səbuhi Rəhimli və Azər Axşam...   

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI