Modern.az

Fransa Senatında səfirliyimizə hücumla bağlı məsələ qaldırılacaq - EKSKLÜZİV

Fransa Senatında səfirliyimizə hücumla bağlı məsələ qaldırılacaq - EKSKLÜZİV

Ölkə

31 Yanvar 2023, 12:32

Fransa Senatında Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə bağlı məsələ qaldırılacaq. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Fransa Senatının sabah keçiriləcək iclasında Azərbaycan səfirliyinə silahlı hücum edilməsinə də toxunulacaq və İranın məsuliyyətsiz davranışı pisləniləcək.

 

Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edilib. Silahlı hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, daha iki əməkdaş isə yaralanıb. Terror aktını törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...