Modern.az

Türkiyəli deputatlar 4 günlük Bakıya gəldilər

Türkiyəli deputatlar 4 günlük Bakıya gəldilər

Parlament

31 Yanvar 2023, 14:36

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvləri Bakıya gəliblər.

 

Bu barədə Modern.az-a dostluq qrupunun üzvü, AKP-li deputat Yunus Kılıç məlumat verib.

 

Onun sözlərinə görə, nümayəndə heyətində 7 deputat təmsil olunur. Y. Kılıç Azərbaycana səfərin 4 günlük nəzərdə tutulduğunu söyləyib.

 

Səfər zamanı bir sıra görüşlər keçiriləcək, aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq. 

 

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin Qarabağa səfəri gözlənilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi