Modern.az

Yoluxma azalsa da, 4 nəfər öldü

Yoluxma azalsa da, 4 nəfər öldü

Hadisə

31 Yanvar 2023, 16:28

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 827 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 654 nəfər müalicə olunaraq sağalıb, hazırda 205 aktiv xəstə var. Bu günə qədər 10 085 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 256, ümumilikdə isə 7 487 550 test icra olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama