Modern.az

Türkiyə-Suriya danışıqlarına İran da cəlb ediləcək 

Türkiyə-Suriya danışıqlarına İran da cəlb ediləcək 

Dünya

31 Yanvar 2023, 19:27

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Suriya arasında danışıqlarda İranın da iştirak etməli olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Lavrov misirli həmkarı Sameh Şukri ilə Moskvada keçirilən görüşdən sonra danışıb.

 

Onun sözlərinə görə, İranın danışıqlara cəlb edilməsi ilə bağlı razılıq əldə olunub.

 

“Təbii ki, hazırda İran İslam Respublikasının bu işə cəlb olunması ilə bağlı prinsipial razılıq əldə olunub”, - deyə Lavrov bildirib. O xatırladıb ki, Rusiya, İran və Türkiyə Suriya məsələsi ilə məşğul olan Astana “üçlüyünün” bir hissəsidir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər