Modern.az

Qənirə Paşayeva tək valideynli uşaqların müdafiəsinə qalxdı

Qənirə Paşayeva tək valideynli uşaqların müdafiəsinə qalxdı

24 May 2013, 17:02

Millət vəkili Qənirə Paşayeva parlamentin bugünki iclasında tək valideynli uşaqların dövlət ali məktəblərində ödənişli təhsilinə güzəştlərin tətbiq edilməsini və onların ödəniş haqlarından azad olunmasını təklif edib. Qənirə Paşayevanın sözlərinə görə, "Uşaq hüquqları haqqında Qanun"un IV fəsil 30-cu maddəsində "Tək valideynli uşaqların" sosial müdafiəsi "xüsusi qayğıya ehtiyacı olanlar kimi" nəzərə alınıb:

"Təəssüf ki, 2000-ci ildə "uşaq hüquqları haqqında" qəbul edilmiş qanuna dəyişikliklər zamanı "valideynlərindən birini itirmiş uşaqların" mənafeyinin müdafiəsi qanunundan çıxarılıb (Valideyni 1-ci qrup əlil olanlar istisna olmaqla). Millət vəkili bildirib ki, ailə başçısını erkən itirmiş, öhdəsində azyaşlı övladları qalmış təkvalideynli ailələrin mənafeyini daha geniş müdafiə etmək, dövlətin, ictimaiyyətin bu qrup insanlara diqqət və qayğısını daha da artırmaq, təkvalideynli uşaqların sosial müdafiəsini daha da gücləndirmək lazımdır. Bu cür ailələr tərəfindən ona sıx-sıx müraciət edildiyini deyən Qənirə Paşayeva parlamenti və hökuməti tək valideynli uşaqların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində addımlar atmağa çağırıb.

”Ölkənin imkanları hər gün genişlənir” deyən millət vəkili Qənirə Paşayeva bu cür ailələrin xüsusilə ali məktəblərdə ödənişli təhsildən azad olunmalarını istədiklərini bildirib. Millət vəkili deyib ki, çətinlikləri nəzərə alaraq tək valideynli ailələrin övladlarının dövlət ali məktəblərində ödənişli təhsil imkanları əldə etdiyi zaman onların ödənişsiz təhsil almalarının təmin etməsi çox vacib məsələdir və bu, ailələrə böyük bir köməkdir: "Bununla yanaşı, tək valideynli uşaqların sosial müdafiəsi istiqamətində bir sıra mexanizmlərin işlənilib hazırlanması çox önəmlidir və mən bir millət vəkili olaraq parlamentimizi və hökumətimizi bu istiqamətdə öz səylərini daha da artırmağa çağırıram".

Modern.az
 

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama