Modern.az

Millimizin İsveçlə oyununun biletləri satışa çıxarıldı

Millimizin İsveçlə oyununun biletləri satışa çıxarıldı

İdman

1 Fevral 2023, 11:00

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin II turunda keçiriləcək İsveç - Azərbaycan oyununun bilet satışına start verilib.

 

Modern.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.

 

Biletlərin qiyməti sektordan asılı olaraq 150-300 İsveç kronu (təxminən 25-50 manat), xüsusi assosiasiya biletlərinin qiyməti isə 75 krona (12 manat) bərabərdir.

 

Qeyd edək ki, İsveç – Azərbaycan matçı martın 27-də Stokholmdakı “Friends Arena”da keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!