Xəbər verdiyimiz kimi, Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosu ölkənin keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarışlar aparıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, axtarışlar Fransanın “Airbus” helikopterlərinin alınması ilə əlaqədardır.
Məlumatı təsdiq edən Avakov qeyd edib ki, axtarış formal olaraq aparılıb.
“Helikopter qəzasından sonra axtarışlar bitdi. Altı il əvvəl “Airbus” müqavilələrinə baxdılar. Təbii ki, heç bir şey yoxdur. Müqavilələri hökumət və parlament təsdiqləyib”, - deyə Avakov söyləyib.